14 mart 2013 17:32
Portuqaliya millisi Bakıya 23 futbolçu ilə gəlir
Futbol üzrə Portuqaliya yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Paulu Bentu DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrail (22 mart) və Azərbaycanla (26 mart) oyunlara 23 futbolçu çağırıb.
Heyətlə bağlı bəzi maraqlı nüanslar var. Məsələn, Bentu Nani, Ruben Amorim, Nelson Oliveyra və daha bir neçə əsas heyət üzvünə dəvət göndərməyib.
Əvəzində Pepe, Silvio, Paulo Maşado və Pitsi kimi futbolçular komandaya qaytarılıb.
Bakıya gələcək heyətə aşağıdakı futbolçuların adları salınıb:
Qapıçılar: Rui Patrisio (Sporting), Beto (Sevilla, İspaniya), Eduardo (İstanbul BB, Türkiyə);
Müdafiəçilər: Joao Pereyra (Valencia, İspaniya), Fabio Koentrao, Pepe (hər ikisi “Real”, İspaniya), Silvio (Deportivo, İspaniya), Bruno Alveş, Luiş Neto (hər ikisi “Zenit”, Rusiya), Sereno (Valladolid, İspaniya);
Yarımmüdafiəçilər: Raul Meyreleş (Fenerbahçe, Türkiyə), Migel Velozo (Dinamo, Kiyev, Ukrayna), Joao Moutinyo (Porto), Kuştodio (Braga), Karlos Martins (Benfica), Paulo Maşado (Olimpiakos, Yunanıstan);
Hücumçular: Kriştiano Ronaldo (Real, İspaniya), Danni (Zenit, Rusiya), Varela (Porto), Viyeyrinya (Wolfsburg, Almaniya), Pitsi (Deportivo, İspaniya), Elder Poştiqa (Zaragoza, İspaniya), Uqo Almeyda (Beşiktaş, Türkiyə).
