14 mart 2013 18:09
“Simurqun prezidentindən aldığım forma mənim üçün böyük xatirədi”
“Simurq”un sabiq futbolçusu Sergey Artyux bu klubdakı çıxışını xatırlayıb, eləcə də Zaqatala təmsilçisinin keçmiş sahibi Zaur Məmmədovdan aldığı hədiyyədən danışıb. Azerisport.az sizi həmin müsahibə ilə tanş edir.
- Yarım il Alçevsk “Stal”ında oynadıqdan sonra sən Azərbaycandan təklif aldın. “Simurq”a kim dəvət etdi?
- Mənim işlə təmin edilməmə kömək edən adam o zaman “Simurq”a rəhbərlik edən Roman Pokoraya zəng etdi və o, mənim baxışa gəlməyimə razılıq verdi. Bir toplanışdan sonra mən klubla müqavilə imzaladım.
- Sənə Azərbaycan klubunun heyətində Avropa Liqasında oynamaq nəsib oldu və çempionatın bürünc mükafatçısı oldun. Bu müddəti özün üçün necə qiymətləndirirsən?
- Ancaq müsbət. Mən həmişə əsas heyətdə oynamışam, qol vurmuşam, istədiyim qədər çox olmasa da, mənə etibar edirdilər. Buna görə də mən çempionatın bürünc mükafatçısı oldum və həmçinin avrokuboklarda çıxış təcrübəsi qazandım. Əlbəttə ki, bizim yaxşı futbolçular və insanlarla tanış oldum - Starostyak, Malıgin, Nikitin, Mazyar, Çopik. Onlarla oynamaq çox xoş idi. Beləliklə, mən karyera müddətimi çox uğurlu hesab edirəm.
- “Simurq”un prezidenti (keçmiş – azerisport.az) Zaur Məmmədov sənə çox yaxşı münasibət göstərirdi. Mövsüm bitəndən sonra o, sənə Ronaldinyonun imzası olan “Milan” futbolkasını hədiyyə etdi. Bu hədiyyənin taleyi necə oldu?
- Futbolka evdə saxlanılır. Çünki bu, mənim üçn böyük xatirədir. Mənim işimin qiymətləndirilməsi çox xoş idi.
- Bundan sonra siz “Olimpik”ə qayıdaraq birinci liqaya qayıtmasına kömək etdiniz. Yenidən Azərbaycan, ancaq artıq çox da xoş olmayan ikinci səyahət. O zaman əməkhaqqı borcu ilə yaranmış sualı həll etmək mümkün oldu?
- Bu dəfə “Turan”dan təklif gəldi. Məşqçi məni “Simurq”dakı çıxışımdan tanıyırdı. Mən məmnuniyyətlə razılaşdım. Ancaq maliyyə ilə bağlı problem başladı. Mən vicdanla yarım il oynadım və başqa kluba - “Rəvan”a gedəsi oldum. Ancaq orada, düzünü desəm, məndə alınmadı. Maliyyə tərəfdən hesablaşdıq, ancaq sona qədər yox.
