14 mart 2013 17:57

Xəzər Lənkəran 10 illiyində çempionluğu hədəfləyir

“Xəzər Lənkəran” klubunun mətbuat katibi Yalçın Əliyev Peşakar Futbol Liqasının saytına klubun gələcək planları haqqında məlumat verib. Azerisport.az sizi həmin açıqlama ilə tanış edir:
 
“Artıq komandamızın yeni baş məşqçisi məlumdu. Uelsli Con Benjamin Toşakla rəsmi müqavilə yaxın günlərdə imzalanacaq. Con Benjamin Toşakın “Xəzər Lənkəran”a gəlməsi klub üçün yeni mərhələnin başlanğıcıdı. Toşakın zəngin məşqçilik karyerası var. “Real” (Madrid), “Deportivo”, “Beşiktaş” kimi klublarda və Uels milli komandasında çalışıb, bir çox titullara sahib olub. Buna qədər isə Makedoniya yığmasında baş məşqçi olub. Benjamin Toşakın növbəti mövsüm üçün komandamıza gətirəcəyi yeni oyunçuların adları hələlik məlum deyil. Gələn mövsüm üçün çempionluğu hədəfləmişik, çünki, “Xəzər Lənkəran” klubunun 10 illiyidi. Topaz Premyer Liqasında yaranmış fasilədə heç bir yoxlama oyunu keçirməyi nəzərdə tutmamışıq. Növbəti turun oyununa hazırlıq adi qaydada davam edir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.