14 mart 2013 11:15
Bundesliqa klubunun baş məşqçisi yığmamızın oyununu izləyəcək
Almaniyanın “Kaiserslautern” klubunun ikinci komandasının baş məşqçisi Quido Hofmann Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirəcəyi oyunu izləyəcək. Azerisport.az xəbər verir ki, onun məqsədi ikinci Bundesliqa klubunun əvəzedici komandasında forma geyən yığmamızın forvardı Rüfət Dadaşovun oyununu canlı izləməkdi.
Qeyd edək ki, Lüksemburq – Azərbaycan matçı martın 22-də Lüksemburqda, “Joze Bartel” stadionunda keçiriləcək.
