14 mart 2013 11:28
Bakı altı futbolçusunu yola saldı
"Bakı"nın 7 futbolçusu DÇ-2014-ün seçmə qrup mərhələsi oyunlarında keçiriləcək rəsmi qarşılaşmalarda forma geyə bilər. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu komandanın 5 üzvünü yığmanın düşərgəsinə çağırmışdı. Bunlar Kamran Ağayev, Cavid Hüseynov, Elvin Məmmədov, Aqil Nəbiyev və Rauf Əliyev idi.
Lakin zədə səbəbindən final mərhələsinin Bakı derbisində ("Neftçi", 1:1) meydana çıxa bilməyən Aqil Nəbiyevin adı artıq təlim-məşq toplanışına çağırılanların siyahısından çıxarılıb.
Xatırladaq ki, Azərbaycan milli komandası bu ay ərzində 2 rəsmi oyun keçirəcək. Milli komandamız 22 mart 2013-cü il tarixində Lüksebdurqun qonağı olacaq. 4 gün sonra isə (26 mart 2013) Tofiq Bəhramov adına Respublika stadionunda Portuqaliyanı qəbul edəcək.
“Bakı”nın daha 2 futbolçusu səfərə yollanıb. Deyvidas Çesnauski Slovakiya - Litva qarşılaşmasında Litva millisinin, Denis İvanov isə Lixtenşteyn - Latviya oyununda Latviya formasında meydana çıxa bilər.
