14 mart 2013 11:53

Rüfət Dadaşov: Yığmada əsas heyətə düşmək üçün əlimdən gələni edəcəm

Futbol üzrə Azərbaycan yığmasının və Almaniyanın “Kaiserslautern” klubunun hücumçusu Rüfət Dadaşovun azerisport.az saytına müsahibəsi
 
- Yığmanın toplanışı necə keçir?
- Əla! Yaxşı əhval-ruhiyyədə hazırlaşırıq. Bu gün iki məşqə çıxacağıq. Getdikcə, hazırlıqlar çətinləşəcək.
 
- Qarşıdakı Lüksemburq və Portuqaliya ilə rəsmi oyunlar haqda nə düşünürsüz?
- Lüksemburqu məğlub etməyi hamımız çox istəyirik. Baxmayaraq ki, oyun səfərdə olacaq. Bu komanda heç də zəif deyil. Onlar da bizim kimi Şimali İrlandiya ilə heç-heçə ediblər. Odu ki, rəqibi sıradan bir komanda saymaq olmaz.
 
- Portuqaliya haqda heç bir söz demədiniz...
- Bu komanda barədə hələlik heç kim düşünmür. Bütün fikirlərimiz Lüksemburqla oyuna yönəlib.
 
- Rəsmi oyunlarda debüt etmək şanslarınızı necə qiymətləndirirsiz?
- Mən bu şanslar barədə heç nə deyə bilmərəm. Çünki hər şey baş məşqçidən asılıdı.
 
- Hücumçularımızın heç də yaxşı formada olmadığını nəzərə alsaq, oynamaq şanslarınız yüksəkdi...
- Təbii ki, mən də yığmanın rəsmi oyunlarında forma geymək istəyirəm. Mənə əsas heyətdə güvənmələri üçün əlimdən gələni edəcəm. Əsas odu ki, Lüksemburqu məğlub edə bilək.
 
- Siz “Kaiserslautern”in əsas komandasında da hələ debüt edə bilməmisiz. İkinci komandada qalmaq fikrindəsiz?
- Bəli. Mənim əsas komandaya keçmək üçün daha bir il vaxtım var. Çıxışımı çox diqqətlə izləyirlər. Məsələn, Lüksemburqla oyunumuzu ikinci komandanın baş məşqçisi də izləməyə gələcək.
 
- Yığmamızın heyətində rəsmi debüt edə bilsəz, bu, “Kaiserslautern”in əsas komandasına keçməyinizə də şərait yarada bilər?
- Əlbəttə, kömək edə bilər. Çünki yığmanın oyunları beynəlxalq səviyyədə keçirilir. Əgər yığmada daim oynaya bilsəm, klubumda da bu, cavabsız qalmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.