15 mart 2013 00:03

Qəbələ 9 nəfərlə qələbə qazanıb, mərhələ adladı (FOTO)

Moldovanın Tiraspol şəhərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçirilən beynəlxalq turnirdə çıxışını davam etdirən "Qəbələ" növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, qrup mərhələsi çərçivəsində baş tutan sonuncu - üçüncü qarşılaşmada "qırmızı-qaralar" Uşaq Gənclər İdman Məktəbi (Ukrayna) ilə münasibətlərinə aydınlıq gətiriblər. Hər iki komanda daha öncə keçirdiyi 2 oyunu qələbə ilə yekunlaşdırdığıma görə matç qrup liderliyi baxımından prinsipiallıq daşıyırdı.
 
Qarşılaşma "Qəbələ"nin hücumları ilə start götürüb. İlk yarı ərzində təmsilçimiz rəqibin qapısı önündə bir neçə əlverişli qol vəziyyəti yaratsa, hesabı öz xeyrinə dəyişə bilməyib. Əvəzində isə ukraynalılar azsaylı hücumlarından birini qolla yekunlaşdırıblar. 
 
İkinci hissəyə sürətli başlayan Hüseynqulu Quliyevin yetirmələri tezliklə hesabı bərabərləşdiriblər. Baxşəli Baxşəliyev effektiv zərbə ilə hesabı bərabərləşdirib - 1:1. Qoldan sonra hücumlarının kəsərini artıran "qırmızı-qaralar" qalan dəqiqələrdə rəqibdən daha çox hakimin müqaviməti ilə rastlaşıblar. Ardıcıl olaraq sadə epizodlardan sonra Baxşəli Baxşəliyev və Sahil Zeynalova qırmızı vərəqə göstərən referi komandamızı 9 nəfərlə qoyub. Əzmkarlıq göstərən və sonadək üstün mübarizəsini davam etdirən "Qəbələ" son saniyələrdə qələbə topunu vurmağa müəssər olub. Nurlan Quliyev cərimə zərbəsindən dəqiq zərbə ilə topu birbaşa tora göndərib və matçın nəticəsini müəyyənləşdirib - 2:1. Xatırladaq ki, komandamız turnirin ilk oyununda - "Sevastopol"la matçda da hakimin qərəzinə tuş gəlmiş və oyunu 9 nəfərlə bitirməsinə baxmayaraq 2:1 hesabilə qalib gəlmişdi.
UGİM üzərində qələbədən sonra xallarının sayını 9 yüksəldən "Qəbələ" qrup mərhələsini lider kimi tamamlayıb və yarımfinala vəsiqə qazanıb. Finala vəsiqə uğrunda mübarizədə "qırmızı-qaralar" martın 16-da ev sahibi "Şerif"lə üz-üzə gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.