14 mart 2013 12:25
Ruslan Abışov Levante ilə oyun öncəsi məşq etdi (FOTO)
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov Rusiyanın “Rubin” klubunun heyətində növbəti məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, Kazan təmsilçisi bu gün Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində İspaniyanın “Levante” klubunu qəbul edəcək.
Komandanın doğma divarlar arasında baş tutan hazırlıqlarında Abışov da iştirak edib. Amma o, Avroliqa oyunlarına sifariş olunmadığından, bu görüşdə iştirak edə bilməyəcək.
