14 mart 2013 12:54
Yığmamızın heyətində daha bir dəyişiklik edildi
Finlandiya və Estoniya yığmaları ilə yoldaşlıq oyunu keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, zədə səbəbindən David Qarayev ("Ska Energiya", Rusiya) yığmanın heyətindən çıxarılıb, onun əvəzinə "Neftçi" klubundan Kənan Manafov toplanışa dəvət olunub.
Xatırladaq ki, U-19 martın 16-dan 19-dək Finlandiyada, martın 19-dan 25-dək isə Estoniyada təlim-məşq toplanışında olacaq. Yığmamız martı 18-də Finlandiya, martın 22-də və 24-də isə Estoniya komandası ilə yoldaşlıq oyunu keçirəcək.
