14 mart 2013 13:25

Yığmamız FİFA reytinqində irəlilədi!

FİFA dünyanın futbol yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması yeni açıqlanan siyahıda irəliləyib.
 
Belə ki, Berti Foqtsun çalışdırdığı komandamız 218-ci pillədən 216-ya yüksəlib. Komandamızın hesabında hazırda 286 reytinq xalı var.
 
DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqiblərindən olan komandalar arasında yalnız Lüksemburqu qabaqlayırıq. Bu komanda 157 xalla 151-ci yerə (3 pillə geri) düşüb. Şimali İrlandiya 5 pillə irəliləyib. İrlandlar hazırda 367 xalla 97-cidilər. Portuqaliya yerində sayıb – 1133 xalla yeddinci. Elə Rusiya da 1064 xalla 10-cu pillədəki mövqeyini qoruyub. İsrail isə dörd pillə geriləyib. Bu ölkənin millisi 485 xalla 74-cü yerdə gedir.

Reytinq siyahısının ilk onluğunda isə vəziyyət belədi: 1. İspaniya (1610 xal), 2. Almaniya (1473), 3. Argentina (1309), 4. İngiltərə (1174), 5. İtaliya (1173), 6. Kolumbiya (1159), 7. Portuqaliya (1133), 8. Hollandiya (1106), 9. Xorvatiya (1080), 10. Rusiya (1064).
 
Qeyd edək ki, növbəti reytinq cədvəli aprelin 11-də açıqlanacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.