14 mart 2013 13:52
Qəbələnin oyunçusu Mozambik ilə qarşılaşmaya çağırıldı
Futbol üzrə Qvineya yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, heyətdə Azərbaycan Premyer Liqasında çıxış edən bir futbolçuya da yer verilib.
Belə ki, qvineyalıların çalışdırıcısı “Qəbələ”nin müdafiəçisi Umar Kalabana da dəvət göndərib.
Qeyd edək ki, Qvineya yığmas DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 24-də Mozambiklə qarşılaşacaq.
