15 mart 2013 02:15
İsgəndər Cavadov: Con Toşak bilməlidi ki, Azərbaycanda işləmək elə də asan deyil
Azərbaycan futbolunun veteranlarından olan İsgəndər Cavadov “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Bencamin Toşakın təyinatı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Toşak adlı-sanlı, təcrübəli mütəxəssisdi. O, öz işinin bilənidi. “Xəzər Lənkəran”a gəlincə, bu komanda üçün hər cür şərait yaradılıb. Sadəcə, nəticə yoxdu. Komandaya bir avtoritet lazımdı ki, intizam yaratsın, yaxşı oyun qursun. Toşak məhz belə bir məşqçidi. Lakin mənə elə gəlir ki, o, ilk növbədə Azərbaycan futbolu haqda ətraflı məlumat toplamalıdı. Axı burda işləmək o qədər də asan deyil”.