14 mart 2013 14:26
Azərbaycan - Portuqaliya matçı ingilis hakimə tapşırıldı
Futbol üzrə Azərbaycan və Portuqaliya yığmaları arasında DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunun baş hakimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı ingiltərəli Andre Marrinerə həvalə edib.
Hələlik Marrinerin köməkçilərinin kim olacağı bəlli deyil. Qeyd edək ki, 42 yaşlı hakim 2009-cu ildən FİFA referisi statusu daşıyır.
Azərbaycan – Portuqaliya matçı martın 26-da Bakıda keçiriləcək.
