14 mart 2013 14:33

Vaqif Cavadov: Lüksemburq ilə oyuna maksimum köklənməliyik

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Vaqif Cavadovun azerisport.az saytına müsahibəsi
 
- “Qarabağ”ın yeddi futbolçusu yığmaya çağırılıb. Yəqin ki, onlar kimi, sizin də əhvalınız bir o qədər xoş deyil...
- Bəli. “Simurq”a məğlubiyyətin bizə pis təsir etdiyini gizlətməyəcəm. Amma bütövlükdə, yığmanın toplanışı yaxşı keçir.
 
- Bu, yığmanın qarşıdakı oyunlarına yaxşı hazırlaşmağınıza mane olmayacaq ki?
- Xeyr. Klub ayrı, yığma ayrı.
 
- Lüksemburqla oyundan nə gözləyirsiz?
- Lüksemburq heç də zəif rəqib deyil. Çoxları elə düşünür ki, biz ordan asanlıqla üç xalla qayıda bilərik. Lakin bu, heç də asan olmayacaq. Bunun üçün Lüksemburqla oyuna maksimum dərəcədə köklənməliyik.
 
- Dubayda komandamız iki yoxlama oyunu keçirmişdi. Sizcə, Lüksemburqla görüşdə də Berti Foqts həmin heyətə güvənəcək?
- Heyəti baş məşqçi müəyyənləşdirir. Dubaydakı oyunlarda əsas heyətin bir neçə üzvü düşərgədə deyildi. Amma onlar indi komandanın heyətindədilər və yəqin ki, Lüksemburqa qarşı forma geyə biləcəklər.
 
- Bakı toplanışı Dubaydakından nə ilə fərqlənir?
- Biz o vaxt uzun fasilədən sonra bir araya gəlmişdik. Yenicə forma yığmaqdaydıq. İndi isə hər şey daha yaxşıdı. Anlaşma səviyyəsi də fərqlidi. Həm də başımız kluba aid işlərlə o qədər də dolu deyil.
 
- Bəs Dubay toplanışı zamanı necə idi ki?
- O vaxt heç bir komanda ilk altılığa vəsiqə əldə etməmişdi. Buna görə də futbolçularda müəyyən gərginlik var idi. İndi elə deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.