14 mart 2013 15:07
Yığmamızın Lüksemburlqla matçının hakimi dəyişdirildi
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də, Lüksemburq şəhərində keçiriləcək Lüksemburq - Azərbaycan oyununu idarə edəcək hakimlər briqadasında dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, baş hakimin köməkçisi Ciaran Delaneyin əvəzinə Mark Gavin təyinat alıb. Hakimlər briqadasını bir daha diqqətinizə çatdırırıq:
Baş hakim: Padraigh Sutton
Baş hakimin köməkçiləri: Mark Gavin, Dermot Broughton
Dördüncü hakim: Neil Doyle
(Hakimlər briqadası İrlandiyadandır)
Hakim-inspektor: Marcel Vanelshocht (Belçika)
Komissar: Volfqanq Thierrichter (Avstriya)
