14 mart 2013 15:48
Yığmamızın üzvləri Soçidə əylənməyə də vaxt tapdı (VİDEO)
Soçidə 19 yaşlı qızlar arasında “Kuban baharı” turnirində iştirak edən Azərbaycan yığması əylənməyi də yaddan çıxarmır. Azerisport.az xəbər verir ki, təşkilatçılar turnirdə iştirak edən yığmalara istirahət üçün onlara istədikləri rəqsi ifa etməyi, mahnılar oxumağı təklif ediblər.
Azərbaycan yığmasının üzvlərinin rəqsləri demək olar ki, gecənin ən yadda qalan çıxışı olub. Həmin videogörüntüləri təqdim edirik.
