14 mart 2013 16:29
“Azərbaycanda oyunçular da, hakimlər də korrupsiyalaşdırılıb”
“Qəbələ”nin sabiq müdafiəçisi Stiv Olfers Hollandiya mətbuatına müsaibəsində Azərbaycan karyerasından danışıb. Azerisport.az xəbər verir ki, bu yaxınlarda “Ekselsior”da məşqlərə başlayan futbolçu öncə bunları dilə gətirib:
“Bu, çətin bir dövr idi. Çoxlu stress keçirdim. Guya ki orada oyunlar keçirilir, ancaq əslində hər şey korrupsiyalaşdırılıb. Oyunçular da, hakimlər də korrupsiyalaşdırılıb. Bilmirəm orda mənim sözlərimə sevinəcəklərmi. Əgər siz məni bir daha görməsəniz, onda niyəsini bilirsiniz” (gülür).

İki il Qəbələdə çıxış etmiş futbolçu bu komandaya gəlişini də xatırlayıb: “Qəbələ” tamamilə yeni, ambisiyalı komandadı. O dövrdə komandanı Toni Adams çalışdırırdı. Mən yaxşı müqavilə təklifi aldım. Təsvir pis deyildi”.
Lakin Olfers sonradan məyus olduğunu dilə gətirib: “Hər nə normaldırsa - normal deyil. Bəzi klubların varlı sahibləri var. Onlar futbola hobbi gözü ilə baxırlar. Yəni bu idman növünü o qədər də ciddi qəbul etmirlər. Pulları var, yeni, gözəl stadionlar tikirlər. Amma meydançalar pis vəziyyətdədi, şərait yoxdu. Azərbaycanda istedadlar çoxdu, lakin şans qazana bilmirlər”.
Hollandiyalı futbolçu Qəbələ haqda da təəssüratlarını bölüşüb: “Qəbələ əvvəllər ziyarətgah yeri olub. Amma indi ora heç kim getmir. Bu, həqiqətən çox köhnə rayondu. Mənim ailəm Bakıda qalırdı. Qəbələdən Bakıya üç saatlıq yol idi. Mən demək olar ki, boş olan bir oteldə qalırdım”.