14 mart 2013 16:18
Millimiz məğlubiyyətlə başladı
Yunanıstanın Xalkida şəhərində UEFA tərəfindən təşkil olunmuş “Development Tournament” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, İsrail komandası ilə qarşılaşan yığmamız 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, futbolçularımız turnirdə növbəti oyununu sabah - martın 15-də, Bakı vaxtı ilə saat 17:00-da Yunanıstan komandasına qarşı keçirəcək.
