15 mart 2013 18:48
Con Toşak martın 17-də təqdim olunacaq
Sabah, 16 mart tarixdə "Xəzər Lənkəran" Futbol Klubunun yeni baş məşqçisi Con Bencamin Toşak Bakıya gələcək. Azerisport.az xəbər verir ki, İstanbuldan uçan təyyarə yerli vaxtla saat 17:00-da Heydər Əliyev adına Bakı hava limanında enəcək.
Martın 17-də isə Toşakın təqdimetmə mərasimi və mətbuat konfransı keçiriləcək. Tədbir saat 12:00-da Hillton otelinin Ametist ABC zalında baş tutacaq.
