15 mart 2013 19:54
Yığmamız Yunanıstana da məğlub oldu
Yunanıstanın Xalkida şəhərində UEFA tərəfindən təşkil olunmuş “Development Tournament” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, millimiz bu dəfə Yunanıstan komandası ilə qarşılaşıb.
Bu dəfə də yığmamız 0:1 hesabı ilə məğlub olub.
Xatırladaq ki, millimiz İsraillə ilk görüşdə də 0:2 hesabıyla uduzmuşdu.
