15 mart 2013 11:27
Azərbaycan Yunanıstanla üz-üzə
Yunanıstanın Xalkida şəhərində UEFA tərəfindən təşkil olunmuş “Development Tournament” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək oyunda yığmamızın rəqibi Yunanıstan komandası olacaq.
Qeyd edək ki, komandamız turnirdəki ilk matçını ötən gün İsrailə qarşı keçirmiş və 0:2 hesabı ilə məğlub olmuşdu.
