15 mart 2013 11:44
Rövnəq Abdullayev: AÇ-2020-yə vəsiqə qazanmaq üçün yeni komanda yaratmalıyıq
AFFA prezidenti Rövnəq Abdullayev bəyan edib ki, futbol üzrə Azərbaycan yığmasının AÇ-2020-də mübarizə aparması üçün yeni komanda formalaşdırmaq lazımdı. Azerisport.az xəbər verir ki, federasiya başçısı bunları dilə gətirib:
“Biz AÇ-2020-nin oyunlarından birini Bakıda keçirmək üçün lazım olan bütün sənədləri UEFA-ya təqdim etmişik. Mən hesab edirəm ki, bunun üçün hər cür şəraitimiz var. Yığma komandamız da Avropa Çempionatının final mərhələsinə vəsiqə qazana bilər. Bunun üçün yeni komanda formalaşdırmalıyıq”.