15 mart 2013 11:51
Berti Foqts yığmanın məşqini görmədi
Futbol üzrə Azərbaycan yığması bu gün səhər məşqini baş məşqçisiz həyata keçirib. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburq və Portuqaliya ilə oyunlara hazırlaşan komandamızın çalışdırıcısı yetirmələrini köməkçilərinə tapşırmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, Foqtsun bu gün baş tutan səhər məşqinə qatılmaması AFFA-da növbəti konfransın keçirilməsi ilə əlaqədardı. Almaniyalı mütəxəssis axşam məşqində yenidən komandasının başında olacaq.
