15 mart 2013 12:14
Rəşad Sadıqov: Bakıya üç xalla qayıtmaq istəyirik
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirəcəkləri oyundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz ardıcıl olaraq çempionat və kubokda beş oyuna çıxmışıq. Fikrimcə, bu, toplanış zamanı bizə faydalı olacaq. Düşünmürəm ki, Lüksemburqla oyuna qədər heç bir oyun keçirməməyimiz hansısa mənfi təsirini göstərsin. Biz qələbə qazanıb, Bakıya üç xalla qayıtmaq istəyirik”.