15 mart 2013 15:55
Avroliqanın püşkü atıldı: Fenerbahçenin bəxtinə Lazio düşdü (YENİLƏNİB)
Bu gün Avropa Lİqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.
Qeyd edək ki, 1/4 finalda İngiltərənin 3, İtaliya, Türkiyə, Portuqaliya, Rusiya və İsveçrənin 1 klubu iştirak edəcək. Komandalar səbətlərə bölünmədiyindən istənilən klub bir-birinə rəqib ola bilərdi.
Püşkatma mərasimində Türkiyənin “Fenerbahçe” klubu da iştirak edib. Qardaş ölkə təmsilçisinin bu dəfə kimə rəqib olacağı maraqla gözlənilirdi. Püşk "Fənər"in bəxtinə "Lazio"nu çıxarıb.
Chelsea (İngiltərə)
Tottenham (İngiltərə)
Newcastle (İngiltərə)
Lazio (İtaliya)
Fenerbahçe (Türkiyə)
Benfica (Portuqaliya)
Rubin (Rusiya)
Basel (İsveçrə)
Avropa Liqası
1/4 final
Chelsea - Rubin
Tottenham - Basel
Fenerbahçe - Lazio
Benfica - Newcastle
