15 mart 2013 12:31
Elxan Məmmədov: Stadionlara videokameralar quraşdırmışıq
AFFA-nın baş katibi Elxan Məmmədov qurumun Konfransında çıxış edib. Azerisport.az xəbər verir ki, baş katib ötən il futbolumuzda əsas hadisə olan 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsindən danışıb.
Məmmədov AFFA-nın futbolun inkişafı istiqamətində 3 əsas prioretdən biri haqda danışaraq, infrastukturla bağlı geniş məlumat verib. O, son vaxtlarda ölkəmizdə inşa edilən stadionlarla bağlı danışıb. Baş katib digər prioritet olan kütləviliyin artırılmağı ilə bağlı vəziyyəti dəyərləndirib. Məmmədov hazırda futbolumuzda 43 min üzv olduğunu və bunun 36 mininin futbolla aktiv məşğul olduğunu qeyd edib.
Baş katib “Elit-Məşq” layihəsi çərçivəsində stadionlarda videkameraların quraşdırılığını bildirib. Bu zaman Abdullayev müdaxilə edərək, maraqlı fikir bildirib: “Artıq bundan sonra heç bir məşqçi deyə bilməz ki, məşq keçilmir. Kameralar hər şeyi göstərir”.
Məmmədov sonuncu prioritet olan təhsilllə bağlı da geniş fikirlərini bildirib. O bildirib ki, mətkəblərdə 68 faiz idman dərsində iştirak edirsə, futbol dərsinin tətbiqi ilə 92 faizi qatılır: “Futbol dərsində iştirak edən məktəblilərin 23 faiz klublara gedib. Bunlar 2 kluba – “Bakı” və “Qarabağ”a gediblər. Deməli, futbol dərsi valideynlərdə, uşaqlarda futbola sevgini yaradıb”.
