15 mart 2013 12:48
Azərbaycan çempionatlarının liderləri üz-üzə!
Xəbər verdiyimiz kimi, Premyer Liqanın lideri “Neftçi” yığmamızın qarşıdakı oyunları ilə əlaqədar yaranan fasilə dönəmində yoxlama oyunu keçirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, artıq “ağ-qaralar”ın rəqibi müəyyənləşib.
Belə ki, Böyükağa Hacıyev yetirmələrini “Qaradağ Lökbatan”la görüşdə sınamaq qərarına gəlib. Lakin Birinci Divizionun lideri ilə qarşılaşmanın dəqiq tarixi müəyyənləşməyib.
