16 mart 2013 00:18
Əfqan Talıbov: Turanın elitada qalmaq üçün yaxşı şansı var
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının formatının dəyişdirilməsinə dair fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu qərarı AFFA qəbul edib. Biz artıq heç nə edə bilmərik. Artıq “Turan” hər oyunda maksimum güclə oynamalıdı. Premyer Liqada qalmaq üçün əlimizdən gələni edəcəyik. Bizim bunun üçün yaxşı şansımız var. Bu şansdan maksimum yararlanmağa çalışacağıq. Tovuzu futbolsuz qoymaq olmaz. Hər oyuna qələbə üçün çıxacağıq”.