15 mart 2013 13:05
AFFA Premyer Liqamızın formatını dəyişdi: altılıq sistemi ləğv olundu
AFFA İcraiyyə Komitəsi Topaz Premyer Liqasının formatını dəyişib. Azerisport.az xəbər verir ki, qurum çempionatda 10 komandanın iştirakına qərar verib.
Dəyişiklik 2013-2014 mövsümündən etibarən qüvvəyə minəcək. 10 komanda 4 dövrəli sistemlə mübarizə aparacaq və mövsüm ərzində Premyer Liqada 36 oyun keçiriləcək. Cari mövsümdə son iki yeri tutacaq klublar elitanı tərk edəcəklər. Premyer Liqaya isə heç bir klub yüksəlməyəcək.
Azərbaycan Kubokunun formatı dəyişdirilməyib və bu yarışın hazırkı sistemlə keçirilməsinə qərar verilib.
Daha bir qərar Premyer Liqada olduğu kimi, Birinci Divizionda da klubların meydana 21 yaşadək futbolçularla çıxmasıyla bağlıdı. Hər komandanın heyətində ən azı səkkiz gənc futbolçu yer almalıdı.
