17 mart 2013 01:25
Elhad Nəzirinin yoxluğunda komandası Buxarest Dinamosuna qalib gəldi (YENİLƏNİB)
Rumıniyanın “Petrolul” klubu ölkə çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin komandası 23-cü tur çərçivəsində Buxarest “Dinamo”su ilə qarşılaşıb.
Görüş doğma divarlar arasında keçirilirdi. Bu üzdən də “Petrolul” əsas rəqiblərindən birini mütləq məğlub etməyi hədəfləmişdi. Həmyerlimizin komandası bu istəyinə çata bilib.
Nəzirinin də bu görüşdə də iştirak etməsi istisna deyildi. Bu, baş tutsaydı, yığmamızın üzvü yeni klubunda debütünü rəsmiləşdirmiş olacaqdı və Azərbaycanın bir nömrəli komandasına yaxşı əhval-ruhiyyədə gələcəkdi. Lakin təəssüf ki, bu görüş öncəsi zədə alan futbolçumuz yenə istəyini reallaşdıra bilməyib.
Qeyd edək ki, “Petrolul” 23 oyundan sonra topladığı 41 xalla 4-cü pillədə yer alıb.
Rumıniya çempionatı
23-cü tur
16 mart
Petrolul - Dinamo - 2:1
