15 mart 2013 13:26
Atletico Azərbaycana səfərin tarixini yaxın 10 gün ərzində müəyyənləşdirəcək
İspaniyanın “Atletico” klubunun Bakıya nə vaxt səfər edəcəyi yaxın on gün içində müəyyənləşəcək. Azerisport.az xəbər verir ki, Azərbaycan paytaxtında “Bakı” ilə yoxlama oyunu keçirəcək Madrid təmsilçisi hazırda üç variantı gözdən keçirir.
Belə ki, “Atletico” Bakıya ya aprelin 16-da, ya mayın 2-də, ya da mayın 25-də gələcək.
