15 mart 2013 13:47
“Artıq çempionatımızda lazımsız oyunlar olmayacaq”
“Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev Topaz Premyer Liqasının formatının dəyişdirilməsinə dair qərara münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz bu qərara müsbət yanaşırıq. Çünki bundan öncə də dəfələrlə bəyan etmişdik ki, altılıq sistemini dəyişmək lazımdı. Əsas odu ki, oyunların sayı artacaq. Çünki çempionat dörd dövrədən ibarət olacaq. Bu, yaxşıdı. Bunun Azərbaycan futboluna çox xeyri dəyəcək. Artıq lazımsız oyunlar olmayacaq. Belə oyunlar daha çox ikinci altılıqda olur. Halbuki, komandalarda heç bir motivasiya olmur”.