15 mart 2013 13:52
Ramin Musayev: Premyer Liqa daha da maraqlı olacaq
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqasının formatının dəyişdirilməsinə dair qərara münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Premyer Liqanın 10 klubdan ibarət dörd dövrə ilə keçirilməsi futbolumuz üçün yaxşıdı. Çünki çempionatımız daha da maraqlı olacaq. Bu sistem elə növbəti mövsümdən özünü doğruldacaq. İstənilən halda bu mövsüm Birinci Diviziondan elitaya heç bir klub yüksəlməyəcək”.