15 mart 2013 14:07

Hafiz Məmmədov: Yalnız bir şərtlə AFFA prezidenti olaram

“Bakı”nın prezidenti Hafiz Məmmədovun azerisport.az saytına müsahibəsi
 
- Komandanızın son dövrlərdəki çıxışı barədə nə deyə bilərsiz?
- “Bakı”nın indiki durumu bir qədər yaxşıdı. Deməzdim ki, ideal oyun sərgiləyirik. Amma komandanın Avropa Liqasına vəsiqə qazanmaq şansı qalır.
 
- Çempionatla kubok arasında seçim etməyi düşünmürsüz?
- Əlbəttə, bu istəyimizə kubokda daha asan çata bilərik. Lakin bunun üçün qalan üç oyunun hamısını yüksək səviyyədə keçirməyimiz vacibdi.
 
- Əgər “Bakı” Avroliqaya vəsiqə qazana bilməsə, mövsüm boşa verilmiş sayılacaq?
- Əlbəttə. Bu, məni məyus edəcək. Eyni zamanda komandada ciddi dəyişikliklər də qaçılmaz olacaq. Heyəti sıfırdan formalaşdırmalıyıq. Bizə bir mövsümlük komanda lazım deyil. Sabit heyət qurub, onun bir neçə mövsüm bəhrəsini görmək istəyirik.
 
- AFFA-nın çempionatın formatını dəyişməsinə münasibətiniz necədi?
- Bu, düzgün qərardı. Əsas odu ki, nəticəsini görək. Birinci Divizion klublarında ən azı səkkiz gənc futbolçunun meydanda olmasına dair qərar mənim daha çox xoşuma gəldi. Hazırda “Lokomotiv”də çoxlu gənc futbolçularımız çıxış edir. Super Kubok barədə qərarı da alqışlayıram. Bu oyunda iştirak etməyi çox istərdik.
 
- Son dövrlər mətbuatda sizin AFFA prezidenti olmaq istəyinizlə bağlı çoxlu xəbərlər dolaşır...
- Rövnəq Abdullayev bu işin öhdəsindən onsuz da layiqincə gəlir. Onun rəhbərliyi altında Azərbaycan futbolu inkişaf edir. Mən yalnız bir şərtlə AFFA prezidenti olaram – Abdullayev FİFA prezidenti olsa (gülür).
 
- “Atletico” ilə yoldaşlıq matçının vaxtı nə vaxt açıqlanacaq?
- Danışıqlar davam edir. Oyun üçün üç gün müəyyənləşib - 16 aprel, 2 may və 25 may. Həmin oyun bu tarixlərdən birində baş tutacaq. Hər şeyə yaxın iki həftə ərzində aydınlıq gəlməlidi.
 
- “Atletico” əsas heyətlə gələcək?
- Bəli, şübhəsiz. Həmçinin “Atletico”nun nümayəndələri AFFA ilə birgə Madridə aparılacaq uşaqları da seçəcəklər. Bu, həm “Bakı”da, həm də digər klublarda çıxış edən uşaqlar olacaq. Bütün xərcləri isə biz çəkəcəyik. Eyni zamanda Fransanın “Lans” klubunun da nümayəndələrini Bakıya dəvət etmək istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.