15 mart 2013 14:18
Super Kubokun mükafat fondu açıqlandı!
Azərbaycan Super Kubokunun mükafat fondu müəyyənləşib. Azerisport.az xəbər verir ki, bununla bağlı bu gün AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.
Qərara əsasən uzun fasilədən sonra bu il bərpa olunan Super Kubok üçün 150 min manat ayrılıb. Premyer Liqa və Azərbaycan Kubokunun sahibi arasında keçiriləcək matçın qalibi 100, məğlub olan tərəf isə 50 min manat alacaq.
Qeyd edək ki, Super Kubok oyunu Avropa Liqasının birinci təsnifat mərhələsinin startından bir həftə əvvəl keçiriləcək. Artıq matçın qalibinə veriləcək kubok hazırlanaraq Bakıya gətirilib.
