15 mart 2013 14:37

AFFA-nın fəaliyyəti qənaətbəxş hesab olunub

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti Konfransı keçirilib. Azerisport.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən Konfransı assosiasiya prezidenti Rövnəq Abdullayev açaraq nümayəndələri, qonaqları və mətbuat nümayəndələrini salamlayıb.
 
Hesabat dövrü ərzində ölkə futbolunun inkşiafı məqsədilə AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə qısa məlumat verən R.Abdullayev görülən işlərin müsbət nəticələr verdiyini bildirib. AFFA prezidenti FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-ni xatırladaraq deyib ki, bu, nəinki ölkəmizdə, ümumilikdə regionda keçirilən ən uzunmüddətli idman tədbiri olub və təşkilati işlərin yüksək səviyyədə olduğu FIFA rəhbərliyi tərəfindən xüsusi vurğulanıb. Sonra söz AFFA-nın baş katibi Elxan Məmmədova verilib. Baş katib Azərbaycanda keçirilmiş dünya çempionatı ilə bağlı FIFA tərəfindən hazırlanmış və beynəlxalq futbol qurumunun üzvü olan bütün milli assosiasiyalara göndərilmiş videoçarxın izlənməsini təklif edib. Videoçarxın nümayişindən sonra mandat komissiyasının sədri Gülağa Cabarov məruzə edərək 35 nümayəndənin hər birinin Konfransda iştirak etdiyini və Konfransın səlahiyyətli olduğunu bildirib.
 
Elxan Məmmədov çıxış edərək Azərbaycan futbolunun inkişafı ilə bağlı AFFA tərəfindən müəyyənləşdirilmiş prioritet istiqamətlər - infrastruktur, kütləvilik, təhsil - və bu yöndə həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib. Baş katib qeyd edib ki, hesabat dövrü ərzində AFFA-nın fəaliyyəti haqqında videoçarx hazırlanıb. Hesabat xarakterli videoçarxın nümayişindən sonra Elxan Məmmədov qeyd edib ki, hər bir Konfrans iştirakçısının qovluğunda AFFA tərəfindən hazırlanmış hesabat jurnalı, eyni zamanda videoxülasənin DVD-si var. Sonra söz AFFA-nın baş mühasibi Xalid Cavadova verilib. Baş mühasib 2012-ci ilin maliyyə hesabatını, həmçinin 2013-cü il üçün büdcə layihəsini təqdim edib (maliyyə hesabatı və büdcə layihəsi saytımızda yerləşdiriləcək). Ardınca müstəqil audit təşkilatının nümayəndəsi Babək Məmmədovun hesabatı dinlənilib.
 
Hesabatlar təqdim olunduqdan sonra Konfrans nümayəndələri yekdilliklə AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş olması barədə qərar qəbul ediblər.
 
Konfrans başa çatdıqdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayevin mətbuat konfransı keçirilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.