15 mart 2013 15:03
Yığmamızın üzvü sıraya döndü (FOTO)
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budak yenidən sıraya dönüb. Azerisport.az xəbər verir ki, yığmamızın üzvü artıq Türkiyənin “Eskişehirspor” klubunun əsas heyəti ilə birgə məşq edir.
Onun komandası Super Liqanın 26-cı turunun “Elazığspor”la oyununa hazırlaşır. Lakin Ufukun qarşıdakı oyunda forma geyməsi o qədər də inandırıcı görünmür.
Maraq üçün bildirək ki, Budak ötən ilin sonlarından zədəli olsa da, bir müddət öncə müalicəsini başa vurub, komanda ilə hazırlıqlara başlamışdı. Ancaq son məşqlərin birində o, daha bir kiçik zədə alması səbəbindən yenə fərdi məşqlərlə kifayətlənməli olurdu.
