15 mart 2013 15:12
AFFA Mingəçevirdə seminar keçirəcək
Martın 16-da Mingəçevir şəhərində həvəskarlar liqasının oyunlarına təyinat alan hakim-inspektorlar üçün seminar keçiriləcək. Azerisport.az xəbər verir ki, Hakim-İnspektorlar Komitəsinin əməkdaşları Qürbət Həsənov və Şahin Cəfərovun rəhbərliyi ilə keçiriləcək seminarda Gəncə, Tovuz, Ağstafa, Yevlax, Samux və Mingəçevir şəhərlərini təmsil edən hakim-inspektorlar iştirak edəcək.
