15 mart 2013 15:31
Lüksemburq Azərbaycan millisi üçün xüsusi top göndərdi (FOTO)
Futbol üzrə Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Lüksemburq (22 mart) və Portuqaliya (26 mart) ilə oyunlara fərqli toplarla hazırlaşır. Azerisport.az xəbər verir , Berti Foqtsun yetirmələri həm “Adidas”, həm də “Jako” firmasının toplarından istifadə etmək məcburiyyətində qalıb.
Məsələ burasındadı ki, Lüksemburq yığması doğma divarlar arasında keçirdiyi oyunlarda əsasən “Jako” firmasının toplarından istifadə edir. Məhz bu üzdən AFFA rəsmiləri Lüksemburq Futbol Federasiyasına müraciət ünvanlayıblar. Qarşı tərəf isə AFFA-nın bu müraciətini müsbət cavablayıb və “Jako” toplarından bir neçəsini Bakıya göndərib. Bu, futbolçularımızın sözügedən toplara daha yaxşı uyğunlaşması və buna görə əlavə problemlə üzləşməsinin qarşısını almaq üçün edilib.
