15 mart 2013 15:47
Mahmud Qurbanov: Belə davam etsə, Kəpəz Premyer Liqanı tərk edəcək
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov AFFA İntizam Komitəsinin Premyer Liqanın formatını dəyişməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu, gözlənilməz qərar oldu. Təəssüf ki, “Kəpəz”in belə olan halda elitada qalmaq şansları daha da azaldı. Premyer Liqadakı yerimizi necə qoruyacağıq, bilmirəm. Bu heyətlə o qədər xal toplamaq çox çətindi. Turnir cədvəlinə baxın və mənim nə çəkdiyimi təsəvvür edin. Əgər belə davam etsə, “Kəpəz” Premyer Liqanı tərk edəcək. Heç mən də klubda qalıb-qalmayacağımı bilmirəm. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək. Çox təəssüf edirəm ki, hər şey belə alındı”.