15 mart 2013 16:47
Rəvan Neftçi ilə yoxlama oyunu keçirəcək
Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində martın 12-də "Xəzər Lənkəran”ı məğlub edən "Rəvan” futbolçularına bir neçə günlük istirahət verib. Azerisport.az xəbər verir ki, komanda bir də bazar günü bir araya gələcək.
Martın 17-dən etibarən isə gündə 1 məşq nəzərdə tutulub. "Rəvan” növbəti çempionat oyununun martın 30-da olacağını nəzərə alaraq fasilə dönəmində 1 yoldaşlıq matçı da keçirəcək. Komandanın rəqibi Topaz Premyer Liqasının lideri "Neftçi” olacaq. Görüş martın 23-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.
