15 mart 2013 17:04

“İlk oyunlarda necə ürəklə, həvəslə oynamışamsa, elə də davam edəcəm”

Qış "transfer pəncərəsi”ndə "Rəvan”ın heyətə qatdığı futbolçulardan biri də Ramil Həşimzadə idi. Azerisport.az xəbər verir ki, "Sumqayıt”dan transfer edilən yarımmüdafiəçi ilk vaxtlar formada olmamasına görə oynaya bilmirdi.
 
Ancaq son 2 matçda baş məşqçi Ramil Əliyev onun xidmətindən yararlanıb. Ramil əvvəlcə ölkə kubokunun "Xəzər Lənkəran”la Lənkəranda keçirilən cavab 1/4 final matçında meydana çıxmışdı. Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində elə "Xəzər Lənkəran”a qarşı görüşdə isə o, ölkə çempionatında "Rəvan” forması ilə debüt etdi.
 
Məşqçilərin start heyətində yer verdiyi Həşimzadə bu haqda klubun rəsmi saytına danışıb: "Sumqayıt”dan gələndən sonra bir müddət formamı bərpa etməklə məşğul idim. Məşqlərdə üzərimdə səylə çalışırdım ki, çatışmazlıqları tez aradan götürə bilim. "Rəvan”da ilk olaraq Lənkərandakı kubok oyununda debüt etdim. Ardından isə çempionatda "siftə” elədim. Oyunumdan razıyam? Hazırda tam formada olduğumu demək olmaz. Amma məncə, pis çıxış etmədim. Ancaq daha da artırmalı olduğumu gözəl başa düşürəm. İstənilən halda, nə dərəcədə hazır olduğuma məşqçilər söyləyə bilər. Qarşıda hələ 9 oyun var. Çalışacam ki, məşqlərdə özümü yaxşı tərəfdən göstərib start heyətinin daimi üzvünə çevrilim. Yekun qərarı Ramil müəllim verəcək. Mən öz adımdan söz verə bilərəm ki, ilk oyunlarda necə ürəklə, həvəslə oynamışamsa, elə də davam edəcəm. Çıxış etdiyim sağ cinahda böyük qrdaş saydığım Ramazan Abbasov da oynayır. Rəqabət? Məncə, rəqabət həm komandanın xeyrinə olacaq, həm də hər ikimizin "artım”ına səbəb olacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.