16 mart 2013 16:52
Qarabağ məşqlərə başladı
“Qarabağ” yenidən məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 23-cü turundan sonra komandanın baş məşqçisi Qurban Qurbanov milli oyunlarla yaranmış fasiləylə əlaqədar olaraq komandaya 3 günlük istirahət vermişdi.
Bu gün komanda 14:00-da bazada toplaşaraq məşqə yollanıb. “Qarabağ” Suraxanı qəsəbə stadionunda günün yeganə çalışmasını keçib. Ağdam klubu məlum səbəblərdən heç də tam heyətlə çalışa bilmir. 7 futbolçusunu əsas, 2 futbolçusunu U-21-ə, Ansi Aqollini Albaniya millisinə göndərən komandada Branimir Subaşiç də zədə səbəbindən çalışmalara qatılmır.
