16 mart 2013 20:32

Portuqaliya millisi Bakının bazasında

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Portuqaliya yığma komandası 4 gün ərzində şəhərimizin qonağı olacaq. Azerisport.az xəbər verir ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda milli komandamızın qonağı olacaq Portuqaliya 2 gün "Bakı" futbol klubunun bazasında məşq edəcək.
 
Əldə olunan razılaşmaya əsasən, 23 və 24 mart tarixlərində Portuqaliya milli komandası müvafiq olaraq 17:00-19:00 və 11:00-13:00 radələrində klub bazasında hazırlıq keçəcək.
 
24 mart tarixinə təyin olunmuş məşq qapalıdı. 23 mart axşamında isə qonaqlar açıq məşq keçirəcəklər. Bu məşq zamanı videoçəkilişlərə icazə verilmir.
 
Portuqliaya yığma komandasının Bakıya aşağıdakı heyətlə gələcəyi planlaşdırılır.
 
Qapıçılar: Rui Patrisio (“Sportinq”), Beto (“Sevilya”, İspaniya), Eduardo (“İstanbul BB”, Türkiyə)
 
Müdafiəçilər: Joao Pereyra (“Valensiya”, İspaniya), Fabio Koentrao, Pepe (hər ikisi “Real”, İspaniya), Silvio (“Deportivo”, İspaniya), Bruno Alveş, Luiş Neto (hər ikisi “Zenit”, Rusiya), Sereno (“Valyadolid”, İspaniya)
 
Yarımmüdafiəçilər: Raul Meyreleş (“Fənərbaxça”, Türkiyə), Migel Veloso (“Dinamo”, Ukrayna), Joao Moutinyo (“Porto”), Kustodio (“Braqa”), Karlos Martins (“Benfika”), Paulo Maçado (“Olimpiakos”, Yunanıstan)
 
Hücumçular: Kriştianu Ronaldo (“Real”, İspaniya), Danni (“Zenit”, Rusiya), Varela (“Porto”), Vyeirinya (“Volfsburq”, Almaniya), Pizzi (“Deportivo”, İspaniya), Helder Poştiqa (“Saraqosa”, İspaniya), Uqo Almeyda (“Beşiktaş”, Türkiyə).
 
Xatırldaq ki, Azərbaycan və Portuqaliya milli komandaları arasında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq seçmə mərhələ oyunu saat 21:00-da başlanacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.