16 mart 2013 11:32
Con Toşak: İki yarımfinal Türkiyə futbolu için möhtəşəm uğur olar
1997-1999-cu illər aralığında Türkiyənin “Beşiktaş” klubunu çalışdıran, 2 dəfə İspaniyanın “Real” klubunun sükanı arxasına gətirilən “Xəzər Lənkəran”ın baş məşqçisi Con Bencamin Toşak qardaş ölkə mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, uelsli mütəxəssis “Galatasaray” və “Fenerbahçe”nin Avropadaki şanslarını dəyərləndirib, eləcə də Türkiyə futboluna dair bir çox sualları cavablayıb.
“Real” “Barcelona” ilə birlikdə Çempionlar Liqasının iki favoritindən biridi. Məncə, Fatih Terim və komandası 1/4 finala çıxmaqla çox böyük uğura imza atdı. “Malaga” ilə birlikdə iki sürpriz komandadan biri oldular. Onlar üçün hər şeyin yaxşı olacağına ümid edirəm. Amma çox çətin olacaq. “Real”da Ronaldo, Xabi Alonso, Kasilyas, Ramos kimi önəmli oyunçular var.
Lakin Toşak İspaniya nəhəngi üçün də asan olmayacağını qeyd edib: “İstanbula gəlib “Galatasaray” ilə oynamaq heç bir komanda üçün, heç bir zaman asan olmayıb. Amma məncə Mourinyo bu püşkdən məmnundu. Çünki “Barcelona” və “Bayern”dən uzaq düşdü. Mourinyo eyni zamanda “Galatasaray”a uduzacaqları halda başını bəlaya soxacağının da fərqindədi”.
Toşak “Fenerbahçe”nin İtaliyanın “Lazio” klubuna rəqib olmasından da danışıb: “Qəribə bir təsadüfdü ki, “Fenerbahçe” Avropadakı son matçlarını azarkeşsiz oynamışdı. İndi də onları İtaliyadakı qarşılaşmada oxşar aqibət gözləyir. Bu gedişlə Avropada canlı “Fenerbahçe” matçı izləyə bilməyəcəyik.. Bu səviyyədə keçirilən hər matç çox çətin olur. Amma “Fenerbahçe”nin növbəti mərhələyə çıxmaq üçün önəmli şansının olduğunu düşünürəm. İki komandanın birdən yarımfinala çıxması isə Türkiyə futbolu üçün möhtəşəm olacaq”.
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi “Beşiktaş”dakı günlərini də xatırlayıb: “Beşiktaş”da çox yaxşı günlər keçirdim. Amma düzünü demək lazımdısa, artıq “Beşiktaş”ı o qədər də çox izləmirəm. Avropada bir çox komandanın problemleri var. Bir müddət öncəyə qədər “Galatasaray”ın da vardı, bəlkə “Fenerbahçe”nin də var. “Beşiktaş”ın da gənc oyunçularla bu durumdan qurtulacağını ümid edirəm”.
