16 mart 2013 12:42
Bertuççidən xəbər var (FOTO)
“Neftçi”nin müdafiəçisi Bruno Bertuççi tezliklə Bakıya qayıtmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, onun zədəsi sürətlə sağalır.
Bu barədə futbolçunu əməliyyat etmiş Fabio Boldrini məlumat verib: “Onun zədəsi demək olar ki, rekord müddətə sağaldı. Bruno artıq ağrı hiss etmir. Tezliklə meydana qayıda bilər”.
Bertuççi özü isə “Neftçi”nin onun 15 gün sonra sıralarında görmək istədiyini açıqlayıb: “Amma mən xahiş etdim ki, bərpa dövrünün sonuna qədər – dörd həftə ərzində burda qalım və tam hazır olduqdan sonra geri qayıdım”.
