17 mart 2013 00:26

Georgi Nikolov: Özlərinin ən düzgün qərarlarından birini qəbul etdilər

“İnter”in prezidenti Georgi Nikolov AFFA İcraiyyə komitəsinin Azərbaycan Premyer Liqasının formatının dəyişdirilməsinə dair qərarına fikrini bildirib. Azerisport.az xəbər verir ki, Nikolov altılıqdan imtina və çempionatın 10 klubla dörd dövrədən ibarət sistemlə keçirilməsini dəstəkləyib.
 
“AFFA və PFL-in 2013-14-cü illər mövsümündə Premyer Liqanın formatını dəyişmək qərarı bir daha sübut edir ki, kainat ali şüur tərəfindən yaradılıb və idarə olunur.
 
Futbol müdrikləri özlərinin ən düzgün qərarlarından birini qəbul etdilər. Çünki dörd mövsüm Azərbaycan futbol klubları heç kimə gərək olmayan altılıqlarla zülm çəkirdilər. Bizim hamımızı rəşadət və səbrimizə görə mükafatlandırmaq vaxtı yetişmişdi. Yeri gəlmişkən, xeyir və şər qardaşdı: bizi məhv etməyən hər şey, bizləri daha güclü edir. Altılıqlarda yaşamaq uğrunda mübarizədə qalib gəlmiş klublar ağıllanaraq, daha çox təcrübə qazanaraq yeni mərhələyə qədəm qoyacaqlar.
 
Futbolun özü isə inkişaf edir, kamilləşir, tamaşaçılara yeniliklər bəxş edir. Bu, hər 3-4 il ərzində yeni, gözlənilməz, məntiqi təkliflər üçün yaxşı haldı. Beləcə hamını təngə gətirmiş altılıqlar yerini yeni formata təslim etməlidi.
 
Bu da özünün mənfi və müsbət cəhətləri ilə gəlir və əmin olun ki, tənqid və məzəmmətlər elə ilk gündən bu yeniliyin başında çatlayacaq. Ancaq ən əsası üstünlük - idman mübarizəsi prinsipinin son tura qədər saxlanılması olacaq. Cədvəldəki hətta onuncu klub liderə çempionluq mübarizəsində badalaq gələ biləcək. Texnologiyasına görə indiki altılıqlar buna imkan vermirdi.
 
Necə deyərlər, gələcəyimiz varsa, görəcəyimiz də var. Tamamilə mümkündü ki, bu kömbə də küt getsin. Bu halda növbəti il alnımızı divara çırpacağıq.
 
Ancaq indi hər şey işıqlı gələcək intizarında olan müəyyən vəcd halındadı. Yaxın gələcək...” deyə, Nikolov klub saytındakı bloqunda yazıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.