17 mart 2013 01:34

Qəbələ Şerifi məğlub edib, finala çıxdı

Moldovanın Tiraspol şəhərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçirilən beynəlxalq turnirdə çıxışını uğurla davam etdirən "Qəbələ" yarımfinal oyununa çıxıb. Azerisport.az xəbər verir ki, turnirə ev sahibliyi edən "Şerif"li həmyaşıdları ilə qarşılaşan təmsilçimiz qələbə seriyasını davam etdirib və finala adlayıb.
 
Matç "Qəbələ"nin sürətli hücumları ilə start götürüb. Bütün xətlərdə üstünlüyü ələ keçirən Hüseynqulu Quliyevin yetirmələri artıq 3-cü dəqiqədə hesabı açıblar. Coşqun Süleymanov əlinə düşən şansdan maksimum yararlanıb - 1:0. Hücumlarını səngitməyən "qırmızı-qaralar" 8 dəqiqə sonra meydan sahiblərini bir daha mərkəzə dəvət ediblər. Coşqun Süleymanov dublunu rəsmiləşdirib - 2:0. İlk hissənin qalan dəqiqələrində təmsilçimiz rəqibin qapısı önündə
bir neçə əlverişli vəziyyət yaratsa da, komandalar fasiləyə 2:0 hesabilə yollanıblar.
 
Fasilədən sonra da ssenarı dəyişməyib. "Şerif"i ardıcıl olaraq bir neçə epizodda əks-hücumda yaxalayan "Qəbələ" hesabı artırmağa yaxın olsa da, hissənin ilk 25 dəqiqəsində fərq dəyişməyib. Matçın 60-cı dəqiqəsi də yaddaqalna alınıb. Oyunun hakimi qapımıza penalti təyin etsə də, qolkiper Süleyman Süleymanov gözəl reaksiya ilə topa keçid verməyib. 2 dəqiqə sonra isə "Şerif" yenidən cəzalandırılıb. Fərid Nəbiyev dəqiq zərbə ilə hesabı 3:0 çatdırıb və matçın nəticəsini müəyyənləşdirib.
 
Bununla da “Qəbələ” ardıcıl 4-cü matçında da qalib gələrək finala vəsiqə qazanıb. "Qəbələ" bu gün final qarşılaşmasında Uşaq Gənclər İdman Məktəbi (Ukrayna) ilə münasibətlərinə aydınlıq gətirəcək. Xatıqladaq ki, "qırmızı-qaralar" UGİM-lə qrup mərhələsində üz-üzə gəlmiş və dramatik matçda 2:1 hesablı qələbə qazanmışdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.