16 mart 2013 13:58
“Çempion olmaq üçün İnter və Qarabağı mütləq məğlub etməliyik”
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyevin azerisport.az saytına müsahibəsi
- Yığmamızın DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburq və Portuqaliyaya qarşı keçirəcəyi oyunlardan nə gözləyirsiz?
- Son zamanlar yığma komanda daha yaxşı oynayır. Əminəm ki, milli hər iki görüşə böyük motivasiya ilə çıxacaq. Şəxsən mən komandamızdan yaxşı nəticə gözləyirəm. İki oyuna altı xal da toplaya bilərik. Niyə də olmasın? Futbolda hər şey olur. Sadəcə, meydana qələbə üçün çıxmaq lazımdı. Futbolçular Dubayda yaxşı toplanış keçiblər. Hazırda Lüksemburqla oyunda uğur qazanmaq haqda düşünmək lazımdı. Məhz bu oyunda qazanılacaq uğur Portuqaliya ilə matçın nəticəsinə az təsir göstərməyəcək.
- Sizcə, Azərbaycan millisi Portuqaliya yığmasını məğlub edəcək gücdədi?
- Əlbəttə, Portuqaliya yığmasının çox güclü komanda olmasını bilirik. Lüksemburqa da hörmətlə yanaşmaq lazımdı. Amma bu komanda ilə qarşılaşmadan üç xalla ayrılmağa borcluyuq. Əminəm ki, belə də olacaq. Çünki Lüksemburq elə səviyyədə deyil ki, bu komanda ilə görüşdə xal itkisi normal sayılsın. Portuqaliyaya gəlincə, bu komanda ilə qarşılaşmada bir xala da ümid etmək olar. İki oyuna dörd xal toplasaq, bu, kifayət qədər yaxşı nəticə sayılacaq.

- “Bakı” ilə son oyunun ardından Böyükağa Hacıyev yenə sizdən razı qalmadığını dilə gətirdi...
- Təəssüf ki, elədi. Amma buna mane olan amillər də vardı. Məsələn, güclü külək hər istədiyimizi etməyə imkan vermirdi. Həm də oyuna bir o qədər yaxşı qoşula bilmədim. Ona görə də ümidləri doğrulda bilmədim.
- “Bakı”dan belə oyun gözləyirdiniz?
- 90 dəqiqə ərzində baxımlı futbol alındı. “Bakı” yaxşı oyun sərgilədi. Amma “Neftçi” daha üstün idi. Hər iki komandaya qələbə lazım idi. Rəqib penalti zərbəsini də qola çevirə bilərdi. Lakin bu şansdan yararlana bilmədilər. Bizim də az qol şansımız olmadı. Təəssüf ki, onların hamısını boşa verdik. Etiraf edirəm ki, “Bakı” da layiqli mübarizə apardı. Nəticədə altılıq mərhələsinə qələbə ilə başlamaq istəyimiz baş tutmadı. Bu, bir daha göstərir ki, final mərhələsində liderliyimizi qorumağımız çox çətin olacaq.

- Bu xal itkisi rəqiblərinizi sizə daha da yaxınlaşdırmış oldu...
- Altılıqda heç bir klub xal itkisindən sığortalanmayıb. Bu, normaldı. Məsələn, “Qarabağ” da Zaqatalada məğlub oldu. Bu, bizi sevindirməyə bilməz. Axı Ağdam klubu bizim əsas rəqiblərimizdəndi. Qarşıda 9 oyun var. Bütün klublar xal itkisi ilə üzləşə bilərlər.
- Sizcə, “Neftçi” üçün daha çox hansı klubla görüşlər çətin keçəcək?
- “Neftçi” bütün rəqiblərinə hörmətlə yanaşır. Hamısına qarşı da eyni cür hazırlaşırıq. Amma mənim fikrimcə, ən çətin oyunlarımız “İnter” və “Qarabağ”la olacaq. Bu komandalar “Neftçi”ni yaxşı tanıyırlar. Əgər mövsümü birinci pillədə başa vurmaq istəyiriksə, bu iki komandanı mütləq məğlub etməliyik.