17 mart 2013 01:47
“Sanki tərslikdəndi, hər oyun öncəsi mənə nəsə olur”
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəziri Rumıniyanın “Petrolul” klubunun ötən gecə baş tutan Buxarest “Dinamo”su ilə oyununda forma geyə bilməməsinin səbəbini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən son məşqlərin birində zədə aldım. Sanki tərslikdəndi, hər oyun öncəsi mənə nəsə olur. Bu dəfə də zədə aldım və həkimlər oynamağıma qadağa qoydular. Bildirdilər ki, eyni yerdən yenə zərbə alsam, onda zədəm daha da ağırlaşa bilər. Oyundan öncə demək olar ki, start heyəti bəlli idi və mən də meydanda olmalıydım. Amma alınmadı. Növbəti oyunu gözləməli olacağam”.